![](uploads/azalyeni.jpg) Bazar
günü keçirilən “Sumqayıt” – AZAL oyunu ilə Topaz Premyer Liqasında 26-cı tura yekun
vuruldu. Rəqibini 2-0 hesabı ilə məğlub edən “təyyarəçilər” növbəti üç xalı
aktivinə yazdı.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “”Sumqayıt” komandasına qarşı
keçirdiyim 5-ci oyunda ilk qələbəm idi. İki fərqli hissənin şahidi olduq. İlk
hissədə komanda verilən tapşırıqları yerinə yetirdi. Təəssüf ki, bu cür gözəl
oyunu 90 dəqiqə davam etdirə bilmədik. Komandanı qələbə münasibəti ilə təbrik
edirəm. Heyətimizdə müəyyən itkilər olsalar da, gələcək oyunlarda da qələbə
qazanmağa çalışacağıq”.
Bernhard Raab, “Sumqayıt” klubunu baş məşqçisi: “”Rəvan”la son oyundan sonra
komandanı ruhlandırmağa çalışdım. İlk 25 dəqiqədə heç nə ilə yadda qalmadıq.
İkinci hissədə isə oyun sxemini dəyişdik. Topa daha çox nəzarət etməyə
çalışdıq, daha çox risk etməyə başladıq. Son vuruşlarda qeyri-dəqiq oynadıq. Məğlub olduğumuz üçün təəssüflənirəm”.
|