![](uploads/neftciyeni.jpg) Topaz Premyer
Liqasının 26-cı turunda “Neftçi” Zaqatalada “Simurq”un qonağı oldu. Julius
Vobayın ikinci hissədə vurduğu qol paytaxt təmsilçisinin liderliyini möhkəmləndirdi:
1-0.
Tərlan Əhmədov, “Neftçi”
komandasının məşqçisi: “Oyunun çətin olacağını bilirdik. “Qarabağ”la oyundan
sonra komandada psixoloji gərginlik hiss olunurdu. “Neftçi” sübut etdi ki, qələbəyə
layiqdir. Əsas heyətin üç futbolçusu bu gün meydanda olmasa da, komandada rəqabətin
olduğu gördüki”.
George Çixradze, “Simurq”
komandasının baş məşqçisi: “Hər iki komanda qələbə üçün meydana çıxmışdı. Gərgin
oyun izlədik. “Neftçi” əlinə düşən tək imkandan yararlandı. Biz isə əldə
etdiyimiz imkanları istifadə edə bilmədik. Avropa Liqasında iştirak etmək üçün
bu oyunda üç xal qazanmağımız vacib idi”.
|