![](http://pfl.az/uploads/tpl.jpg) Topaz Premyer
Liqasının 26-cı turunda “Turan” “Xəzər Lənkəran”la qarşılaşdı. Əzmkar oyun göstərən
Tovuz təmsilçisi güclü rəqibi ilə oyunda 2-2 hesablı heç-heçəyə nail oldu.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Göstərdiyimiz oyuna görə çox məyusam. Rəqibin bu cür oynayacağını gözləmirdim. “Turan” bu nəticəyə layiq idi. Rahid və Ağabalanın orduda olması bizim üçün böyük itkidir. Bu, oyunun nəticəsinə təsir etdi”. Əfqan Talıbov, “Turan”
klubunun baş məşqçisi: “Dünənki məğlubiyyətdən sonra “Kəpəz”in Premyer Liqanı tərk
etməsi dəqiqləşdi. Bugün bir xal qazanmağımız bizi ümidləndirdi. Neçə oyun idi
ki, xal qazana bilmirdik. Premyer Liqada qalmaq üçün sona kimi mübarizə
aparacağıq. Rəqib komandanı oyuna görə təbrik edirəm”.
|