![](uploads/qarabagyeni.jpg) Topaz Premyer
Liqasının 26-cı turunda “Qarabağ” “İnter”i 3-2 hesabı ilə məğlub edərək turnir
cədvəlində rəqibini keçdi.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Çox maraqlı oyun oldu. Oyuna yaxşı başlamadıq. Bəzi epizodlarda rəqibə uduzurduq.
Hesabda iki top geriyə düşəndən sonra komandamı irəli getməyə səslədim. Bundan
sonra iki top vurduq,
hesabı bərabərləşdirdik. Levinin zədələnməsi oyunun
dönüş anı idi. Bəzi futbolçularımızda sanki qorxu var idi.
Opara gözəl qol vurdu. “Qarabağ” layiqli qələbə qazandı”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Hər iki komanda qələbəyə layiq idi. Kaxaber Sxadadzenin komandası çox yaxşı idman formasındadır. Hər iki komanda eyni səhvlərdən qol buraxdı. Həqiqətən ağır oyun oldu. Azarkeşlər maraqlı oyun izlədi. Vacib 3 xal qazandıq. Artıq gələn oyunlara hazırlaşacağıq. Çempionat daha da
qızışır. Həm “Neftçi”nin, həm “Qarabağ”ın, həm də “İnter”in çempionluq şansları var. Bu il
çempion olmağı çox istəyirik”.
|