![](uploads/qabalayeni.jpg) Topaz
Premyer Liqasının 26-cı turunda “Qəbələ” doğma meydanda “Bakı”nı qəbul etdi.
İlk hissədə Viktor Mendinin qolu ilə hesabda irəli çıxan “Qəbələ” son dəqiqədə
Rauf Əliyevin penalti qolu ilə üç xalı əldən verdi – 1:1.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “İlk hissəyə yaxşı başladıq. 4-5 qol
imkanından yararlana bilmədik. Qapımızdan qol buraxdıqdan sonra komanda oyun
intizamını itirdi. Lakin sonadək mübarizə apardıq, bərabərlik topunu vurduq, 1
xal qazandıq. Qələbə topunu vurmağa da layiq idik”.
Luis
Araqon, “Qəbələ” klubunun məşqçisi: “Əzmkar oyuna görə komandamı təbrik edirəm”.
|