![](uploads/revan.jpg) Topaz
Premyer Liqasının 26-cı turuna “Rəvan” – “Kəpəz” oyunu ilə start verildi. Rəqibini
3-0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi növbəti üç xalı aktivinə yazdı.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Rəqibin heyətində Mindauqas Kalonasın
oyununu qeyd etmək istərdim. Mərkəzdə bu futbolçunu boş buraxmamağı
tapşırmışdım. Təəssüf ki, bunu bacarmadlq. Turnir cədvəlində sonuncu pillədəyik.
Nəyə qadir olduğumuzu bugünkü oyun göstərdi. Komandanın səviyyəsi bura qədərdir.
Meydanda 11 oyunçudan yalnız dördü oynayır. “Kəpəz” I Diviziona düşəcəyi halda
da komandada işləməyə razıyam”.
Ramil
Əliyev, “Rəvan” klubunun baş məşqçisi: ““Kəpəz” ilk hissədəki oyunu ilə bu
qarşılaşmaya yaxşı hazırlaşdığını göstərdi. Rəqib meydanın mərkəzində yaxşı
oynadı. İkinci hissədə daha sürətli oynadıq, qısa ötürmələrlə rəqibin müdafiə xəttini
yarmağı bacardıq. Topa daha yaxşı nəzarət etdik, üstünlüyü ələ aldıq. “Kəpəz”in
heyətində gənc futbolçuların oyununu bəyəndim. Bu futbolçular bizim gələcəyimizdir.
Komandamı qələbə ilə təbrik edirəm”.
|