![](uploads/azalyeni.jpg) Topaz
Premyer Liqasının 25-ci turuna AZAL – “Turan” qarşılaşması ilə yekun vuruldu. Hər
hissədə rəqib qapısından bir qol keçirən “təyyarəçilər” 2-0 hesablı qələbə
qazandı.
Vaqif Sadıqov,
AZAL klubunun baş məşqçisi: “Hər bir oyun bizim üçün vacibdir, qələbə
qazanmalıyıq. Bu il ilk dəfədir ki, “Turan”ı məğlub etdik. Qələbə, təbii ki, xoşdur.
Oyun boyu qol imkanlarımız çox oldu, hamısından yararlana bilmədik. Hər oyunda
3-4 oyunçu itiririk. Con Oluremi komandaya gələndə fiziki durumu yaxşı deyildi,
lakin onun potensialı nəzərə alıb müqavilə imzaladıq. Özünü doğrultmağa
başlayır”.
Əfqan Talıbov,
“Turan” klubunun baş məşqçisi: “Səfərdə oynamağımız komandaya mənfi təsir edir.
Komanda azarkeş dəstəyindən də məhrum olur. Heyətdə çoxlu gənc futbolçularımız
var. Gələcəkdə onlara üstünlük verməyə çalışacağıq. Budaq Nəsirov bu gün özünü
yaxşı tərəfdən göstərdi. AZAL yaxşı komandadır, pressinqlə oynayır. Heyətində təcrübəli
futbolçular var. AZAL-ın qol imkanları bizdən çox oldu. Biz isə yaratdığımız
dörd imkandan heç birini reallaşdıra bimədik. Kamal Bayramov zədəli olmasına
baxmayaraq çox top çıxardı. Salif Ballo təhlükəli hücumçu olsa da, tək oynamağa
çətinlik çəkir, təcrübəsi çatmır. Hər şey maddi durumumuzdan asılıdır, sponsor axtarışındayıq.
Stadionumuz düzəldikdən sonra doğma meydanda əsl “Turan” kimi oynayacağıq”.
|