![](uploads/revan.jpg) Topaz Premyer Liqasının 25-citurunda “Rəvan” “Sumqayıt” üzərində 3-0 hesablı qələbə
qazandı.
Bernhard Raab “Sumqayıt” klubunun baş
məşqçisi: “Oyuna baxdıqda, “Rəvan” bu gün qələbəyə layiq idi. İlk hissədə
üstünlüyə sahib idi və qol vurdu. İkinci hissədə penaltidən istifadə etsəydik,
oyunda dönüş yarada
bilərdik. İkinci hissənin 25-30 dəqiqəsi komandamız daha yaxşı oynadı. Lakin
heyətlə bağlı müəyyən problemlərimiz var. 4-5 futbolçu lazımi formada olmadığı
üçün oyunda məğlub olduq. Bundan öncəki oyunda penaltidən
fərqlənib qələbə qazanmışdıq. Futbolçular bəzən çox mürəkkəb oynayır”.
Ramil Əliyev “Rəvan” klubunun baş məşqçisi: “Bilirdik ki, rəqib yaxşı oyun göstərir, bu
oyuna ciddi
hazırlaşmışdıq. Oyunda inamlı qələbə qazandıq. İkinci hissədə “Sumqayıt”ın qol vurmaq üçün imkanları var idi. Əvəzetmələrin
hesabına oyunda dəyişiklik etdik, iki top vurduq. Əks-hücumda daha çox qol
epizodu yaratdıq. Ümumilikdə oyundan razıyam, komandaya təşəkkür edirəm. Oyuna
əvvəlkindən fərqli
sistemlə çıxmışdıq. Bunun
nəticəsi idi ki, xəttlər
arasında anlaşılmazlıq var idi. Qarşıdakı oyunlarda da bu taktiki sxemdən istifadə edəcəyik”.
|