![](uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının 25-ci turunda daha bir oyun baş tutub. Çempionluq uğrunda
mübarizə aparan “Neftçi” və “Qarabağ” klublarının qarşılaşmasında Ağdam təmsilçisi
qələbəni bayram edib: 2-1.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Ölkənin ən yaxşı komandası
ilə oyunda vacib üç xal qazandıq. Maraqlı oyun oldu. Rəqib azlıqda qaldıqdan
sonra oyun dəyişdi. Oyunun son dəqiqələrində bir neçə səhvimiz oldu. Komanda
sonadək mübarizə apardı. Qələbə üçün əlimizdən gələn hər şeyi etdik. Belə oyunlarda
daha az səhv edən qalib gəlir. Bizim üçün hər xal, hər rəqib vacibdir”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Qalib
gəldiyimiz kimi məğlub olmağı da bacarmalıyıq. Azlıqda qalmağımıza baxmayaraq
hesabı bərabərləşdirməyə çalışırdıq. Lakin buna nail ola bilmədik. Belə qələbə
ilə “Qarabağ”a təbrik düşmür. Milli komandanın oyunundan sonra Mahir Şükürov
özünə gələ bilmir. İqor Mitreski Azərbaycan səviyyəsi üçün çox yaxşı
futbolçudur. O, futbolçudur, insandır, robot deyil”.
|