![](uploads/inter.jpg) Topaz Premyer Liqasının 25-ci
turunda “İnter” səfərdə “Bakı”nı 2-1 hesabı ilə məğlub edərək lider “Neftçi” ilə
xal fərqini minimum endirdi.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bizim üçün vacib oyun idi. Bu
oyuna çox yaxşı köklənmişdik. Son turda “Neftçi”yə məğlub olduqdan sonra üzərimizdəki
psixoloji yükü üstümüzdən götürməli idik. Hal-hazırda “Neftçi” ilə xal fərqimizi azaltdıq, onların
“Qarabağ”la oyunu var. İkinci hissədə üstünlüyə yiyələndik, gözəl qollar
vurduq. Bu gün qələbəyə layiq idik. “Bakı” ilə ikinci oyundur ki, əlavə vaxtda
qol buraxırıq, bu məni narahat edir. Oyunda son dəqiqəyədək mübarizə
aparmalıyıq. Əvəzetmələrdən oyuna daxil olan futbolçular etimadımı doğrultdu”.
Bojidar Bandoviç,
“Bakı” klubunun baş məşqçisi: “9 oyundan sonra ilk məğlubiyyətmizi aldıq. “İnter”
ilk dəqiqələrdən oyuna daha yaxşı köklənmişdi. İlk hissədə qapı dirəyindən dönən
topları var idi. Bizim də bir neçə qol imkanımız var idi. Oyuna yaxşı köklənmədik,
lakin ikinci hissəni daha yaxşı oynadıq. Son ötürmələrdə dəqiq olmadıq. İlk qolu
vuran qələbə qazanacaqdı, biz rəqibə “hədiyyə” verdik. İkinci qoldan sonra oyun
daha da çətinləşdi. Qarşıdakı oyunlara baxacağıq”.
|