![](http://pfl.az/uploads/tpl.jpg) Topaz Premyer Liqasının 25-ci
turunun açılış oyununda “Simurq” səfərdə “Qəbələ”nin qonağı oldu. Maraqlı idman
mübarizəsində keçirilən oyunda 1-1 hesablı heç-heçə qeydə alındı.
Georgi Çixradze, “Simurq”
klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. İlk hissədə üstün oynadıq, lakin qol
vura bilmədik. İkinci hissədə hesabda geri düşsək də, etdiyimiz əvəzetmələrin bəhrəsini
gördük. Komandaya oyuna görə təşəkkürümü bildirirəm”.
Luis Araqon, “Qəbələ”
klubunun məşqçisi: “Qələbəyə çox yaxın idik. Qol imkanlarımız çox oldu. Rəqib komanda sona kimi mübarizə apardı. Altılıq
oyunları çox çətin keçir. Gələcək
oyunlarda daha yaxşı oynamağa çalışacağıq”.
|