Topaz
Premyer Liqasının 24-cü turunda “İnter”in qonağı olan “Neftçi” rəqibini 1-0
hesabı ilə məğlub edərək ən yaxın izləyicisi ilə xal fərqini artırdı.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Maraqlı, şən oyun oldu. Oyunun
taleyini futbolçuların fərdi ustalığı həll etdi. “Neftçi” cərimə zərbəsindən
möhtəşəm qol vurdu. Təəssüf ki, biz əlimizə düşən imkanlardan istifadə edə bilmədik.
Qarşıda 8 oyunumuz var. Son ötürmələrdə, psixoloji və texniki məsələlərdə
axsayırıq. “Neftçi”yə 2-0 uduzanda bizi bir çox göstəricilərə görə üstələmişdilər.
Bu gün isə elə deyildi. Oyunun sonlarına yaxın daha çox tələsirdik, bu da ötürmələrdə
səhvlərlə nəticələnirdi”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Çox maraqlı oyun oldu. Premyer
Liqadakı 17 günlük fasilədən sonra belə oyun alınırsa, fasilə olmasa necə oyun
olacağını təsəvvür edin. 12 futbolçumuz milli komandalarda idi. Komandanı iki
gün öncə tam yığa bilmişik. Futbolçuların əzmkarlığından razı qalsam da,
ustalıqda bir az “axsadıq”. “İnter”lə 10
oyun da oynasam, hamısında qalib gələrəm. Çünki, mən “İnter”i tam öyrənmişəm. Kaxaber
Sxadadze yaxşı məşqçidir, onun əlində olan futbolçular budur. “İnter”in necə qol
vurduğunu bilirəm, ağıllı məşqçi bu yolu tapıb bağlasa “İnter” qol vura bilməyəcək”.
|