Topaz Premyer Liqasının 24-cü turuna “Xəzər Lənkəran” –
AZAL qarşılaşması ilə yekun vuruldu. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda
bir xalla kifayətlənməli oldular – 1:1.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Rəqib komandaya
yeni baş məşqçi təyin olunduğundan fərqli oyun olacağını bilirdik. Oyunumuzu pressinq
və əks-hücum üzərində qurmuşduq. İlk hissədə qol istəyimizə çatdıq. Fikrimcə hər
iki komanda ilk altılığa layiqdir və bugünkü oyun da bunu göstərdi. Hesabı
oyuna görə ədalətli sayıram. Komandam ilə fəxr edirəm”.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Həm
oyun baxımından, həm də təşkilatlanmaya görə AZAL çox yaxşı komandadır. Rəqib azlıqda qalandan sonra hesabı xeyrimizə
dəyişmək üçün imkanlarımız oldu, qələbə də qazana bilərdik. Futbolçular daha
çox fərdi bacarıqlarını göstərməyə çalışırdı, bud a komanda oyununa təsir edir”.
|