Topaz Premyer Liqasının 24-cü turunda Zaqatalaya səfər edən
“Bakı” Marius Penanın tək qolu ilə qələbəni bayram etdi – 1:0.
Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Öz işimdə
səbrli olmağı sevirəm. Oyuna çox yaxşı başladıq, hər iki komandanın qol vurmaq
imkanları var idi. İkinci hissəyə fərqli taktiki sxemlə başladıq və buna uyğun çox
gözəl qol vurduq”.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyun gərgin
alındı. İlk hissəyə pis başladıq, qol vəziyyətlərindən yararlana bilmədik. Səhvdən
qapımızda qol gördük. Əldə etdiyimiz imkanlardan faydalana bilmədik”.
|