Topaz Premyer Liqasının 24-cü turunda “Qarabağ”
azarkeşsiz keçirilən oyunda “Qəbələ”ni 1-0 hesabı ilə məğlub edərək turnir cədvəlinin
3-cü pilləsində möhkəmləndi.
Ramiz Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Ceyhun
Sultanovun zədələnməsi komandanın bütün planlarını pozdu. "Qarabağ"
yaxşı təsir bağışlamasa da, qələbə qazandı. Almeyda cərimə zərbəsindən gözəl
qol vurdu və bu da oyunun taleyini həll etdi. Gələcək oyunlara baxacağıq”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “”Qəbələ”
yüksək göstəriciləri ilə fərqlənir. Oyunumuz pis alınmadı. Bu oyunu yaddan
çıxarıb, gələn oyunlara baxmalıyıq. Hələ heç nə bitməyib. Qarşıda çox çətin
matçlarımız var . Getdikcə yeni transferlərdən istifadə etməyə başlamışam.
Aldığımız oyunçular meydanda idi. Təkcə Subaşiç oynamırdı. Qışda etdiyimiz
transferlərdən ən yaxşısı Oparadır”.
|