Topaz
Premyer Liqasının 24-cü turunda “Sumqayıt” doğma meydanda “Kəpəz”i 1-0 hesabı
ilə məğlub edərək növbəti üç xalı aktivinə yazdı.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Hər iki komandanın heyətində itkilər
var idi. Firkrimcə, maraqlı oyunun şahidi olduq. Bir çox imkanları oldu. Təəssüf
ki, həlledici qolu penaltidən buraxdıq. Komanda məğlub olsa da, oyundan narazı
deyiləm. Fərid Quliyevin fərqlənmək üçün imkanı var idi. Lakin qol vura bilmədi”.
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Komandanın oyunundan razı
qaldım. Oyuna həyacanlı başladıq, xüsusilə ilk hissədə hesabı açmaq üçün
şanslarımız oldu. Penaltidən vurduğumuz qoldan sonra da hesabı artıra bilərdik.
1-0 həmişə təhlükəli hesabdır. Lakin biz bu gün daha şanslı idik, qələbəyə daha
layiq idik. Əsas oyunçular olmayanda çətin olur. Son 3 oyunda 7 xal eldə
etmişik”.
|