Topaz Premyer Liqasının 24-cü turunda “Rəvan” “Turan”ı 6-2
hesabı ilə məğlub etdi.
Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Oyuna çox
yaxşı başladıq, ilk qolu vurduqdan sonra davamının gələcəyini düşünürdüm. Lakin
öz qapımızda 2 qol gördük. 2-ci hissəyə tam fərqli basladıq, oyunda da, hesabda
da üstünlüyü ələ aldıq. Mərkəz xətti oyunçularımızın ikili mübarizələrdə
uduzmasına baxmayaraq komandanın oyunundan razl qaldım. Böyük üstünlüklə qalib
gəldiyimiz üçün şadam”.
Əfqan Talıbov, “Turan” klubunun baş məşqçisi: “Oyun haqqında
çox şey danışmağa ehtiyac yoxdur, hər şey göz qabağında idi. 2-ci hissədə heç nə
ilə fərqlənmədik. Amma belə məğlubiyyət olmaz.
Asəf Qədiri ilk hissədən sonra ayağındakı ağrı səbəbindən əvəzlənməsini
istədi. O başa düşmür ki, ağrısı olsa da sona kimi bu oyunu oynamalı idi.
Mövsüm sonunda 5-6 futbolçu ilə yollarımız ayırıb əvəzinə gənc oyunçuları cəlb
edəcəyik”.
|