İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:Azərbaycan I Divizionunun XVIII turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçının 33-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 27 №-li futbolçusu Ramal Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1). Oyunun 33-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4). Analoji hadisə klub prezidenti tərəfindən yenidən törədilərsə İntizam Komitəsi ona qarşı daha ciddi sanksiyalar tətbiq edəcəkdir. Azərbaycan I Divizionunun XVIII turunun “Bakılı” – “Neftçala” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
|