AZAL klubu Topaz Premyer Liqasında yaranmış fasilədən maksimim
dərəcədə istifadə edəcək. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun www.pfl.az
saytına verdiyi məlumata görə, son turda “Kəpəz” üzərindəki qələbədən sonra baş
məşqci Vaqif Sadıqov komandaya 4 günlük istirahət verib. Mart 18-də yenidən
toplanacaq komanda növbəti tura hazırlığa start verəcək. Qeyd edək ki, hazırlıq
çərçivəsində AZAL martın 23-də “Şəfa” stadionunda “İnter”lə yoxlama oyunu keçirəcək. E.Yusifov AZAL klubunun hal-hazırda qarşısında duran məqsədlər haqqında da
danışıb: “Əsas məqsədimiz ikinci altılıq oyunlarını ən yüksək səviyyədə keçirməkdir.
Bu mövsüm yekunlaşdıqdan sonra isə növbəti mövsüm üçün klubun planları mətbuata
bildiriləcək”.
|