![](uploads/azalyeni.jpg) Topaz
Premyer Liqasının 23-cü turunda AZAL “Kəpəz”i 3-1 hesabı ilə məğlub etdi.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Nəticə bizim üçün çox vacib idi. Bizim
üçün çox da rahat oyun olmadı. “Kəpəz” oyundan oyuna inkişaf edir. Qarşılaşma
başlayan kimi erkən qol vurduq, lakin 2-ci hissədə futbolçular arxayınlaşdılar.
Qələbə qazandığımız üçün şadam”.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: ““Simurq”la oyundan fərqli olaraq, bu
gün müdafiədə səhvlərə yol verdik. Ustalıq səviyyəsi özünü göstərdi. Fikrimcə
AZAL ilk altılığa layiq komandadır”.
|