![](uploads/inter.jpg) Topaz
Premyer Liqasının 23-cü turunda səfərdə “Qəbələ” klubunu 2-1 hesabı ilə məğlub
edən “İnter” lider “Neftçi” ilə xal fərqini minumuma endirdi.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Altılıqda hər bir oyun vacibdir. Qəbələdəki matç bunlardan birincisi idi və startda yaxşı oyunla qalib gəldik. Rəqibdən daha üstün oynadıq, layiqli qələbə qazandıq. “Qəbələ”yə qapımız qarşısına yaxınlaşmağa demək olar imkan vermədik. Vurduğumuz qollar kombinasiyalı oyunun nəticəsi idi. İlk hissədə yaratdığımız qol imkanlarından yararlansaydıq, fasiləyə daha böyük hesabla yollana bilərdik. Rəqib ikinci hissədə uzun ötürmələr hesabına cərimə meydanımızda gərginlik yaratmağa çalışırdı. Ancaq müdafiədə yaxşı oynayaraq, üstünlüyümüzü sona kimi qoruya bildik ”.
Ramiz
Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Hər oyunda 5-6 qol epizodumuz olur.
Lakin istifadə edə bilmirik. Mövsümün sonunda bəzi futbolçular komandadan göndəriləcək.
Qarşıda oyunlarımız var. Avrokuboklara qatılmaq şanslarımız bitməyib”.
|