![](uploads/simurqyeni.jpg) Topaz Premyer Liqasının 23-cü turunda “Simurq” doğma
meydanda “Qarabağ”la qarşılaşdı. Rəqibini 1-0 hesabı ilə məğub edən Zaqatala təmsilçisinin
qələbə topu Rəşad Eyyubovun aktivindədir.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Gözəl
oyun oldu. İlk hissədə bir neçə qol imkanından istifadə edə bilmədik. Qırmızı vərəqə
daha çox “Simurq” klubunun işinə yaradı, çünki, müdafiəyə çəkilib daha diqqətli
oynamağa başladılar. Bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşacağıq”.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyuna
yaxşı hazırlaşmışdıq, futbolçular əzmkar oyun göstərdi. Bu əzmkar oyun bizə qələbə
qazandırdı. Komanda bütün tapşırıqları düzgün yerinə yetirdi”.
|