![](http://pfl.az/uploads/tpl.jpg) Topaz Premyer Liqasının 23-cü turunda paytaxt derbisində
qarşılaşan “Bakı” və “Neftçi” 90 dəqiqənin sonunda qalibi müəyyən
edə bilmədilər – 1:1.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “İstədiyimiz
baxımlı oyunu göstərə bilmədik. Hava şəraiti də müəyyən qədər oyuna təsir etdi.
İki fərqli hissələr izlədik. “Bakı” hesabda geri olduğundan ikinci hissədə daha
çox hücuma atıldı. Bizim futbolçular həm müdafiədə, həm də hücumda hava ötürmələrindən
istifadə edirdilər. Onlara isə ötürmələri yerlə vermək tapşırmışdım. Cavid
İmamverdiyev oyuna əvəzetmədən daxil olsa da, heç nə ilə yadda qalmadı və zədələndi.
Elvin Yunuszadəyə Marius Penaya qarşı diqqətli oynamağı tapşırmışdım, onun
başla yaxşı oynadığını demişdim. Qarşıda 18 günlük fasilə olacaq, 10
futbolçumuz milli komandalara yollanacaq. Dünyanın aparıcı ölkələrində milli
komandanın toplanışı üç gün olur, bizdə isə 18 gün”.
Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Oyun
bizim üçün xüsusi, bir o qədər də çətin oldu. Son bir ay ərzindı oynadığımız
oyunlarda uğurlu nəticələr əldə etdik. İlk dəqiqələrdən yaxşı oyun göstərdik, qol
imkanlarımız oldu. Araz Abdullayev hissənin sonunda qapımıza qol vurdu. İkinci hissədə
qapıya 8 zərbəmiz oldu, 11 metrlik cərimə zərbəsi qazandıq, qapı tirindən dönən
topumuz oldu və gözəl qol vura bildik. Oyunda qalib gələ biləcəyimizi
düşünürəm. Külək də müəyyən qədər oyuna təsir etdi. Futbolçularımı bu nəticə ilə
təbrik edirəm. Azərbaycan milli komandasına qarşıdakı oyunlarda uğurlar arzu
edirəm”.
|