27.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   Fevral ayının ən yaxşıları mükafatlandırıldı      2013-03-12
Bu gün keçirilən tədbirlə Topaz Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu, ən yaxşı qolun müəllifi və Azərbaycan çempionatları tarixinin 10 000-ci qolunun müəllifi Peşəkar Futbol Liqası və Topaz tərəfindən mükafatlandırılmışlar.
İdman KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən "Neftçi" klubunun hücumçusu Nikolas Kanales ötən ayın ən yaxşı futbolçusu seçilib.




PFL-in rəsmi saytında aparılan sorğunun nəticələrinə əsasən "İnter" klubunun futbolçusu Asif Məmmədovun "Xəzər Lənkəran"ın qapısına vurduğu qol fevral ayının ən gözəl qolu seçilib.




Topaz Premyer Liqasının 14-cü turunda "Neftçi" ilə oyunda "Bakı"nın futbolçusu Elvin Məmmədovun vurduğu qol isə Azərbaycan futbolunun tarixində 10 000-ci qol olaraq tarixə keçdi.



Fevral ayının ən yaxşılarının mükafatlandırılması mərasimindən sonra KİV nümayəndələri üçün mətbuat konfransı təşkil olunmuşdur.

Ramin Musayev: “Bu mövsüm I divizion klublarının lisenziyalaşması ilə əlaqədar onu deyə bilərəm ki, gələn mövsüm Premyer Liqaya çıxmalı olan komandaya sponsor icazə verməsə, biz buna heç nə deyə bilmərik. Klub rəhbəbərlikləri ilə, klubların sponsorları ilə söhbət etmişəm, dəqiqliklə bilirəm ki, komandalardan birinin 100% gəlmək fikri var və çempionluq uğrunda mübarizə aparır. İkinci komanda da var, amma Premyer Liqada iştirak etməsi sual altındadır. Divizion komandalarını Premyer Liqaya çıxmağa məcbur edə bilmərik.

Topaz Premyer Liqasının AzTV-də canlı yayımlanan oyunlarının sayı qat-qat artıb, bu da sevindirici haldır. Jurnalistlərdən biri Divizion oyunlarının televiziya vasitəsi ilə yayımı haqqında maraqlı fikir irəli sürüb. Bunu da Topaz`la müzakirə edəcəyik. Divizionda da maraqlı oyunlar olur, ən əsası isə cavan futbolçuların oyunlarının işıqlandırılmasıdır”.

Azər Məhərrəmov: “Bir müddət öncə Gənclər İdman Nazirliyinin nəzdində olan AzərİdmanServis, əməliyyat şirkətimiz Azərİnteltek və AFFA tərəfindən imzalanan “etik normalar haqqında” müqaviləmiz var. Dünya praktikasında, Avropa və yerli oyunlarla bağlı  təşkilatçı tərəflər bir-birinə məlumat ötürür. Bu məlumatlar əsasında Risklərin İdarə Edilməsi Departamenti bunu araşdırır və nəticələrə uyğun olaraq rəhbərlik qərar verir. Danışılmış oyunlarla bağlı nəinki Azərbaycanda, həmçinin Avropa və Asiya liqalarında da oyunlar nəzarət altına alınır. Danışılmış oyunlar bir problemdir. Problemin həlli tək bizim ölkə ilə bağlı deyil, bunun araşdırılması üçün FIFA və İnterpol var. Bu yaxınlarda Avropanın müvafiq qurumunun iclasında mən də iştirak etdim. Danışılmış oyunlara Avropada ciddi önəm verilir. Mərc oyunları araşdırılır, əgər hansısa bir problem olursa oyun proqramdan çıxarılır. Topaz öz reklamını televiziya yayımı zamanı verir.  Bu yöndə PFL və AFFA bütün qapıları bizim üçün açıblar, ciddi işlər görülür, buna görə təşəkkürümüzü bildiririk”.

Nikolas Kanales: “Baş məşqçi Böyükağa Hacıyev son matçlarda oyunumla bağlı iradımı bildirib. Fikrimcə əsas olan oyunlarda lazım olan 3 xalı qazanmağımızdır”.

Asif Məmmədov: “Əvəllər milli komandaya cağrılmayanda deyirdilər ki, heyətə düşə bilmirəm, və ya zədəli olurdum. Çempionat başlayandan bütün oyunlarda oynamışam. İndiki vəziyyətdə milli komandaya çağrılmamağımın səbəbi özümə də maraqlıdır. Millinin üç günlük təlim-məşq toplanışına da dəvət olunmadım. Məndə elə bir fikir formalaşıb ki, Berti Foqs məni tanımır, məndən xəbəri yoxdur. Milli komandanın əsas toplanışlarında iştirak etmək istəyirəm. 3 günlük toplanışdan əsas yığmaya heç kim çağrılmır”.

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 2627 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: