Topaz Premyer Liqasının final mərhələsinə
“Sumqayıt” – “Turan” qarşılaşması ilə start verildi. İkinci altılıqda mübarizə
aparan komandaların qarşılaşmasında Sumqayıt təmsilçisi 4-0 hesabı ilə qalib gəldi.
Ev sahibi komandanın heyətində Pərdis Fərcad Azad pokerlə fərqlənib.
Əfqan Talıbov, “Turan” klubunun
baş məşqçisi: “Oyuna çox sakit başladıq. İlk dəqiqələrdən rəqibin bu cür güclü
təzyiqini gözləmirdik. Nəticədə qısa zamanda iki qol buraxdıq. Bundan sonra da
özümüzü toparlaya bilmədik, qapımızdan daha iki qol buraxdıq. İkinci hissədə oyunçulardan
nisbətən razı qalsam da, ümumilikdə komanda yaxşı çıxış etmədi. Oyunçular özlərini
yaxşı tərəfdən göstərmək üçün altılıq oyunlarına daha ciddi yanaşmalıdırlar”.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Komandadan razıyam, ilk dəqiqələrdən
planlaşdırdığımız kimi oynadıq. İkinci hissəyə də bu cür təzyiqlə başlamalıydıq,
lakin futbolçular buna əməl edə bilmədilər. Pərdis Fərcad Azadın digər klublara
keçməsi, hələ ki, müzakirə mövzusu deyil”.
|