Bu gün keçirilən tədbirlə Topaz Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu, ən yaxşı qolun müəllifi və Azərbaycan çempionatları tarixinin 10 000-ci qolunun müəllifi Peşəkar Futbol Liqası və Topaz tərəfindən mükafatlandırılmışlar.İdman KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən "Neftçi" klubunun hücumçusu Nikolas Kanales ötən ayın ən yaxşı futbolçusu seçilib.
PFL-in rəsmi saytında aparılan sorğunun nəticələrinə əsasən "İnter" klubunun futbolçusu Asif Məmmədovun "Xəzər Lənkəran"ın qapısına vurduğu qol fevral ayının ən gözəl qolu seçilib.
Topaz Premyer Liqasının 14-cü turunda "Neftçi" ilə oyunda "Bakı"nın futbolçusu Elvin Məmmədovun vurduğu qol isə Azərbaycan futbolunun tarixində 10 000-ci qol olaraq tarixə keçdi.
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/fevralthebest/DSC_0697.jpg)
Fevral ayının ən yaxşılarının
mükafatlandırılması mərasimindən sonra KİV nümayəndələri üçün mətbuat konfransı
təşkil olunmuşdur.
Ramin Musayev: “Bu mövsüm I divizion
klublarının lisenziyalaşması ilə əlaqədar onu deyə bilərəm ki, gələn mövsüm Premyer
Liqaya çıxmalı olan komandaya sponsor icazə verməsə, biz buna heç nə deyə bilmərik.
Klub rəhbəbərlikləri ilə, klubların sponsorları ilə söhbət etmişəm, dəqiqliklə bilirəm
ki, komandalardan birinin 100% gəlmək fikri var və çempionluq uğrunda mübarizə
aparır. İkinci komanda da var, amma Premyer Liqada iştirak etməsi sual
altındadır. Divizion komandalarını Premyer Liqaya çıxmağa məcbur edə bilmərik.
Topaz Premyer Liqasının AzTV-də canlı yayımlanan
oyunlarının sayı qat-qat artıb, bu da sevindirici haldır. Jurnalistlərdən biri
Divizion oyunlarının televiziya vasitəsi ilə yayımı haqqında maraqlı fikir irəli
sürüb. Bunu da Topaz`la müzakirə edəcəyik. Divizionda da maraqlı oyunlar olur, ən
əsası isə cavan futbolçuların oyunlarının işıqlandırılmasıdır”.
Azər Məhərrəmov: “Bir müddət öncə Gənclər
İdman Nazirliyinin nəzdində olan AzərİdmanServis, əməliyyat şirkətimiz Azərİnteltek
və AFFA tərəfindən imzalanan “etik normalar haqqında” müqaviləmiz var. Dünya
praktikasında, Avropa və yerli oyunlarla bağlı
təşkilatçı tərəflər bir-birinə məlumat ötürür. Bu məlumatlar əsasında Risklərin
İdarə Edilməsi Departamenti bunu araşdırır və nəticələrə uyğun olaraq rəhbərlik
qərar verir. Danışılmış oyunlarla bağlı nəinki Azərbaycanda, həmçinin Avropa və
Asiya liqalarında da oyunlar nəzarət altına alınır. Danışılmış oyunlar bir
problemdir. Problemin həlli tək bizim ölkə ilə bağlı deyil, bunun araşdırılması
üçün FIFA və İnterpol var. Bu yaxınlarda Avropanın müvafiq qurumunun iclasında
mən də iştirak etdim. Danışılmış oyunlara Avropada ciddi önəm verilir. Mərc
oyunları araşdırılır, əgər hansısa bir problem olursa oyun proqramdan
çıxarılır. Topaz öz reklamını televiziya yayımı zamanı verir. Bu yöndə PFL və AFFA bütün qapıları bizim üçün
açıblar, ciddi işlər görülür, buna görə təşəkkürümüzü bildiririk”.
Nikolas Kanales: “Baş məşqçi Böyükağa Hacıyev
son matçlarda oyunumla bağlı iradımı bildirib. Fikrimcə əsas olan oyunlarda
lazım olan 3 xalı qazanmağımızdır”.
Asif Məmmədov: “Əvəllər milli komandaya cağrılmayanda
deyirdilər ki, heyətə düşə bilmirəm, və ya zədəli olurdum. Çempionat başlayandan
bütün oyunlarda oynamışam. İndiki vəziyyətdə milli komandaya çağrılmamağımın səbəbi özümə
də maraqlıdır. Millinin üç günlük təlim-məşq toplanışına da dəvət olunmadım. Məndə
elə bir fikir formalaşıb ki, Berti Foqs məni tanımır, məndən xəbəri yoxdur.
Milli komandanın əsas toplanışlarında iştirak etmək istəyirəm. 3 günlük toplanışdan
əsas yığmaya heç kim çağrılmır”.
|