Azərbaycan
kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” –
“Qəbələ” oyununda hesab açılmadı- 0:0. Səfər meydanında vurulan qolun üstünlüyü sayəsində
Ağdam təmsilçisi növbəti mərhələdə “Neftçi”nin rəqibi oldu.
Ramiz
Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Komandanın göstərdiyi oyundan razı
qaldım. Üç real qol epizodundan istifadə edə bilmədik. Bəxt bu gün “Qarabağ”ın
tərəfində oldu”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “İlk oyunda qazandığımız sərfəli nəticə
bu gün işimizə yaradı. Komanda sona kimi mübarizə apardı, lazımi nəticəni qaznandıq.
Hər iki cəbhədə sonadək mübarizə aparacağıq”.
|