Azərbaycan
kubokunun ¼ final mərhələsinin “Xəzər Lənkəran”
- “Rəvan” oyununda cənub təmsilçisi rəqibini 4-1 hesabı ilə məğlub edərək
inamlı qələbə ilə adını yarımfinalçılar sırasına yazdırdı.
Ramil
Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “14 günə 4 oyun oynadıq. Belə sıx
qrafiklə oynamaq bizə çətindir. Bu məğlubiyyətlə ölkə kuboku ilə vidalaşdıq. Çempionatda
daha yaxşı çıxış edib turnir cədvəlində yerimizi yaxşılaşdırmalıyıq”.
Emin
Quliyev, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Premyer Liqada ilk altılıqdan kənarda
qalmışıq. Bu gün qalib gəldik, növbəti mərhələyə adladıq. Bütün gücümüzü sərf
edib kuboku qazanmalıyıq”.
|