Azərbaycan
kubokunun ¼ final mərhələsinin cavab görüşləri çərçivəsində “İnter” “Bakı” ilə
qarşılaşmışdır. Səfər oyununda əldə edilən 2-2 hesablı bərabərlik paytaxtın
eyniadlı klubunu ölkə kubokunun yarıfinalına çıxardı.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Komandamı təbrik edirəm, taktiki,
fiziki, psixoloji baxımdan oyuna mükəmməl hazırlaşmışdıq. İkinci hissədə
hesabda geri olsaq da bizi növbəti mərhələyə çıxardan qolu vura bildik. Klubun
prezidenti Hafiz Məmmədova dəstəyinə görə təşəkkür edirəm. Həm çempionluq, həm
də ölkə kuboku uğrunda mübarizəni davam etdirəcəyik”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bu cür səhvlər buraxmaq gülməlidir.
Meydanın mərkəzində çox top itirdik. Artıq bu oyunu unutmalıyıq. Komandada qış
toplanışından sonra eniş yoxdur. Ardıcıl olaraq güclü rəqiblərlə qarşılaşırıq.
Fərdi səhvlər qapımıza qollarla nəticələnir”.
|