Peşəkar
Futbol Liqasının prezidenti Ramin Musayev hakim Anar Salmanovun UEFA–nın
istedadlar qrupunda mentoru olan Konrad Plautzla görüşmüşdür. Konrad Plautz bu
gün keçiriləcək Azərbaycan kubokunun ¼ final mərhələsinin “İnter” – “Bakı” cavab
görüşündə Anar Salmanovun hakimliyini izləyəcək. Axırıncı dəfə 1996-cı ildə
Bakıda olduğunu bildirən Konrad Plautz dünən axşam Bakını gəzdiyini və şəhərimizin
çox gözəl olduğunu bildirdi.
Konrad Plautz
Anar Salmanovla bağlı fikirlərini də bildirib: “Onu ilk dəfə gördüyümdən indiyə
kimi çox böyük irəliləyişə nail olub, yerində saymayıb, öz üzərində çalışır və tapşırıqlarımı
yerinə yetirir. İlk dəfədir ki, Azərbaycana mentor proqramı çərçivəsində nümayəndə
gəlir, bu, sizin xeyrinizədir. Burada gördüklərimi Mark Battaya, Pierluidji
Kollinaya və Jozef Markoya məruzə edəcəm. Bu, Anar Salmanov üçün gələcəyə
açılmış bir pəncərədir”.
Görüşün
sonunda Ramin Musayev və Konrad Plautz bir-birinə xatirə hədiyyələrini təqdim
ediblər.
|