Topaz Premyer Liqasının 22-ci turuna “Qarabağ” – “İnter”
oyunu ilə yekun vuruldu. Tərəflərin səylərinə baxmayaraq oyunda hesab açılmadı –
0:0.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Hər
iki komanda sona kimi mübarizə apardı. Komandalarda qələbə əzmi var idi. Son dəqiqəyədək
qələbə qazanmaq üçün çalışdıq. Lakin bizdə dəqiqlik çatmadı. Komandadan razı
qaldım. Qələbə qazanmaq istəyirdik, amma bir xal da qənaətbəxşdir”.
|