Topaz Premyer Liqasının 22-ci turunda “Rəvan” üzərində əzmkar
qələbə qazanan “Bakı” ilk altılığa sonuncu vəsiqənin sahibi oldu.
Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Bugünkü
oyunu güclü külək korladı. Oyuna itkilərlə çıxmışdıq, Adamoviç və Orlovski bu
gün oynaya bilmədi. Yaxşı başladıq, istədiyimiz qolu vurduq. Lakin uşaq səhvlərindən
qapımızda qollar gördük. Bu oyunu unudub, “Xəzər Lənkəran”la kubok oyununa hazırlaşmalıyıq”.
Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Çempionatın
başlanğıcında mühüm xallar itirdik. Altılığa düşmək çox çətin oldu. Lakin buna
layiq idik, ilk altılıqdayıq. Futbolçularımı təbrik edirəm. Mən tərəfdən
onların üərində təzyiq var idi. Çox vacib oyunda hesabda geri düşsək də qələbə
qazan bildik. Oyundan xoşum gəlmədi, temp çox aşağı idi. İkinci hissədə daha
yaxşı oynadıq, qələbə layiq idik”.
|