Topaz Premyer Liqasının 22-ci turunda “Xəzər Lənkəran”
doğma meydanda “Sumqayıt”ın müqavimətini qıra bilmədi – 2:2.
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Hər iki
komanda yaxşı oyun göstərdi. Futbolçularımı təbrik edirəm. Sona kimi mübarizə
apardıq, komandamın oyunundan razı qaldım. İki qol vurduq, amma daha çox
imkanımız var idi”.
Emin Quliyev, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Fərqlənmək
üçün imkanlarımız var idi. Lakin bacara bilmədik. Sonadək mübarizə apardıq. Rəqibi
bir xal qazanması ilə təbrik edirəm”.
|