Topaz
Premyer Liqasının 22-ci turunda “Kəpəz” “Simurq”la ev oyununda 1 xal qazandı.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Ağır oyun oldu. Başlanğıcda qol
buraxdıq, bu, işimizi çətinləşdirdi. “Kəpəz” oyun boyu daha bir neçə real qol
imkanı yaratdı. Bu gün rəqib yaxşı oynadı. İlk hissədə etdiyimiz iki əvəzetmə
oyunumuzu canlandırdı. Cavab qolundan sonra isə daha bir qol vura bilmədik. Hər
iki komanda sona kimi mübarizə apardı”.
Mahmud Qurbanov, “Kəpəz” klubunu baş məşqçisi: “Maraqlı
oyun oldu, komandamız bu gün daha istəkli idi. Hesabı açdıq, ilk hissədə bu nəticəni
qoruya bildik. “Simurq”un iki əvəzetməsi bizə çətinlik yaratdı. “Simurq” kimi
komanda ilə oyunda bir xal qazandıq. İlk altılıqda “Simurq”a uğurlar
arzulayıram”.
|