Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində
“Simurq” doğma meydanda “Neftçi”ni qəbul etdi. Qarşılıqlı hücumlar şəraitində
keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0:0.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Ağır
oyun oldu. Kubok oyunları həmişə çətin keçir. “Neftçi” hücumameylli komandadır,
komandama rəqibin hücumlarının qarşısını almağı tapşırmışdım. Futbolçular bunun
öhdəsindən gəldilər”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Yaxşı
oyun izlədik. Oyun qolsuz heç-heçə ilə başa çatdı, qalib ikinci oyundan sonra
bilinəcək. “Simurq”u böyük məmnuniyyətlə gözləyirik.”.
|