Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində
“Xəzər Lənkəran” səfərdə “Rəvan”ın qonağı oldu. Oyunun ilk hissəsini məğlub
başa vuran cənub təmsilçisi ikinci hissədə əzmkar oyunla qalib gəldi 2:1.
Emin Quliyev, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Maraqlı
oyun izlədik. İlk hissədə oyunumuz alınmadı, ikinci hissədə isə daha yaxşı oynadıq
və qələbə qazandıq”.
Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “İki fərqli
hissə izlədik. İlk hissədə qazandığımız üstünlüyü ikinci hissədə qoruya bilmədik.
Qapımızdan iki qol buraxdıq. Lənkəranda bizi maraqlı cavab oyunu gözləyir”.
|