Azərbaycan
kubokunu ¼ final mərhələsinə start verilmişdir. Bu mərhələnin ilk oyunları çərçivəsində
“Bakı” doğma meydanda “İnter”i qəbul etdi. Oyunun ikinci hissəsinə əlavə
edilmiş dəqiqələrdə qol vuran “Bakı” ilk oyunda 1-1 hesablı nəticə əldə etdi.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Premyer
Liqada “Neftçi”yə uduzduqdan sonra özümüzü göstərməli idik. Fikrimcə, bu gün bunu
bacardıq, komanda yaxşı təsir bağışladı. İlk hissədə rəqibin təhlükəli vəziyyəti
olmadı. İkinci hissədə gözəl qol vurduq. “Bakı” da baxımlı qola imza atdı. Kubok
mübarizəsi 2 oyundan ibarət olduğundan, hər şeyə cavab matçında aydınlıq gələcək.
Çempionatda bizi “Qarabağ”la vacib oyun gözləyir, futbolçular bu oyuna qədər bərpa
olmalıdırlar”.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “İlk oyun başa çatdı. Qarşıda bizi
cavab oyunu gözləyir. Hər iki komanda bir-birini yaxşı tanıyır. Rəqibin əsas
oyunçusu kimi Georgiyevskini neytrallaşdırmaq istəyirdik. Müdafiədə
buraxdığımız səhv qapımıza qolla nəticələndi. Lakin özümüzü toparlaya bildik və
cavab qolunu vurduq. Aqil Nəbiyevi hücumda oynatdıq və bu gediş öz bəhrəsini
verdi”.
|