Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində
“Qarabağ” səfərdə “Qəbələ”nin qonağı oldu. Hərəyə bir dəfə fərqlənən tərəflər
yekunda heç-heçəylə razılaşmalı oldular – 1:1.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Çox
gözəl oyun keçdi. Futbolçular
meydanın hər bir
qarışı uğrunda sona kimi mübarizə apardılar. Kubok oyunları iki mərhələdən ibarətdir.
Bakıdakı oyun bundan da çətin olacaq. “Qəbələ” standard vəziyyətlərdən yaxşı
istifadə edir. “İnter”lə çempionat oyunundan sonra “Qəbələ” ilə cavab oyununu
fikirləşəcəyik”.
Ramiz
Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “İlk hissədə oyuna nəzarət tam bizdə
idi, komanda əzmkarlıqla oynadı. İkinci hissədə Vüqar Nadirovun fərdi ustalığı
sayəsində rəqib qapımıza qol vurdu. Səfər oyunu da “Qəbələ” üçün ev oyunu kimi
olacaq. Yarımfinala çıxacaq dörd güclü komandadan biri biz olacağıq”.
|