Topaz Premyer Liqasının XXI turunun “Simurq” – “Bakı” matçında “Simurq” klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Matç başa çatdıqdan sonra “Bakı” klubun futbolçuları tərəfindən stadionun soyunub-geyinmə otağının qapısı sınrırıldığı üçün “Bakı” klubu dəymiş zərərə uyğun olaraq “Simurq” klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etsin (maddə 50).
Topaz Premyer Liqasının XXI turunun “Rəvan” – “Qarabağ” oyunun 67-ci dəqiqəsində “Rəvan” klubunun 20 №-li futbolçusu Miloş Adamoviç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XXI turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçında hər iki klubun 4 futbolçususarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 89-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 3 №-li futbolçusu Vanderson Skarduelli aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, kub 3000 manat cərimə olunur (maddə 38.2).
Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XXI turunun “Neftçi” – “İnter” matçının 1-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr meydançaya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XXI turunun “Simurq” – “Bakı” matçında “Simurq” klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 84-cü dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu Sənan Bayramov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXI turunun “Qəbələ” – “Xəzər Lənkəran” oyunun 90-cı dəqiqəsində “Qəbələ” klubunun 36 №-li futbolçusu Ruslan Bədəlov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
Əvəzedici heyətlərin XXI turunun “Neftçi” – “İnter” matçında “İnter” klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun XIV turunun “Şuşa” – “Qaradağ Lökbatan” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun XIV turunun “Göyəzən” – “Neftçala” matçında “Neftçala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).