Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk
oyunları keçiriləcək. 2 qarşılaşmadan ibarət olan mərhələ oyunlarındakı 4 cütdən
3-ü əvvəllər də bu yarışda üz-üzə gəlib. Yalnız 1 cütdə rəqiblər ilk dəfə
kubokda qarşılaşacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı 1/4
finalda üz-üzə gələn cütlərin ölkə kuboku tarixindəki əvvəlki qarşılaşmalarının
balansını təqdim edir.
Azərbaycan Kuboku 1/4 final 27 fevral (çərşənbə)
“Simurq” - “Neftçi” +0=0-1, top fərqi – 0:1
Ötən mövsüm 1/8 finalda üz-üzə gələn komandalar Zaqatalada münasibətlərini
ayırd etmişdi. Həmin vaxt cütün taleyini yalnız 1 qol həll etmişdi.
2011/12
|
1/8 final
|
Simurq (Zaqatala) - Neftçi (Bakı)
|
0:1
|
“Qəbələ” - “Qarabağ” +0=2-0, top fərqi – 2:2
Bu cüt də yalnız ötən mövsüm qarşılaşıb. İndi olduğu kimi 1/4 finala təsadüf edən
duellərdə heç-heçələr sıralanmışdı. “Qarabağ” yalnız ilk oyundakı səfər qolları
sayəsində yarımfinala yüksəlmişdi.
2011/12
|
1/4 final
|
Qəbələ - Qarabağ (Ağdam)
|
2:2, 0:0
|
“Bakı” - “İnter” +2=0-1, top fərqi – 5:3
Yalnız bu cütdəki komandalar 2 mövsümdə üz-üzə gəlib. Hər 2 paytaxt derbisində
sevinən “Bakı” olub. Onlar tarixində ilk dəfə kuboka yiyələndiyi 2004/05
mövsümünün finalında da üstün olub. 3 il əvvəl isə yarımfinalda rəqibini
dayandıran da “Bakı” olub.
2004/05
|
final
|
İnter (Bakı) - Bakı
|
1:2
|
2009/10
|
1/2 final
|
Bakı - İnter (Bakı)
|
0:1, 3:1
|
“Rəvan” - “Xəzər Lənkəran” indiyədək qarşılaşmayıblar
|