“Bakı”nın tarixində yeni rekord 2013-02-25 |
|
Topaz Premyer Liqasının XXI turunda “Simurq”la qolsuz heç-heçə edən “Bakı” mövsümdə
12-ci bərabərliyini aldı. Bu, klubun tarixində rekord göstəricidir. “Bakı” adı
ilə 8, buna qədər isə 7 mövsüm ölkə çempionatının güclülər dəstəsində çıxış edən
paytaxt təmsilçisi heç vaxt bu qədər “sülhsevər” olmayıb.
2007/08 və 2009/10 mövsümlərinin hərəsində 11, 2004/05 ilə 2010/11 mövsümlərində isə 10 dəfə
heç-heçə edən komanda mövsüm başa çatmamış rekord göstəricini rəsmiləşdirib.
Artıq 12 bərabərliyi olan “Bakı” cari çempionatda daha 11 qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində 6-cı dəfədir ki, bir komanda ən
azı 12 heç-heçə edir. “Bakı”ya qədər “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Qəbələ” və
“Xəzər Lənkəran” bir mövsümdə 12 və ya daha çox heç-heçə edib.
Mütləq rekord isə 2009/10 mövsümündə “Neftçi” tərəfindən müəyyənləşdirilib – 14
heç-heçə.
|
|
|
|
|
|