Topaz
Premyer Liqasının 21-ci turunda doğma meydanda “Turan”ı qəbul edən “Sumqayıt” rəqibinə
minimal hesabla məğlub oldu – 0:1. Tovuzluların hücumçusu Salif Ballonun cari
mövsümdəki 9-cu qolu “Sumqayıt”ın ilk altılıq şanslarını heçə endirdi.
Əfqan
Talıbov, “Turan” klubunun baş məşqçisi: “Süni meydançada oynamaq futbolçularıma
çətinlik yaradır. Bugünkü oyunda hər iki komanda mübarizə apardı, tərəflərdən
heç biri aşkar üstünlüyə malik deyildi. Yaratdığımız qol imkanlarından istifadə
edə bilmədik. Maddi durumumuz yaxşılaşdıqca müqaviləsi bitəcək futbolçuları
indidən komandada saxlamağa çalışacağıq”.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Bizim Ballo kimi hücumçumuz olsa idi
ilk hissədə 2-3 top vura bilərdik. İlk hissədə yaxşı oynadıq. Rəqibin hesabı
artırmaq üçün bir neçə qol imkanı oldu. Bu gün “Turan” qələbəyə layiq oyun göstərdi.
Həmkarımı təbrik edirəm”.
|