Topaz Premyer Liqasının 21-ci turunda AZAL doğma meydanda
Gəncənin “Kəpəz” klubunu 3-0 hesabı ilə məğlub edərək ilk altılıq şanslarını
son tura saxladı.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Rəqibin əks-hücumlarda
yaxşı oynadığını bilirdik. Futbolçularıma müdafiənin cinahlarını bağlamağı tapşırmışdım. Təəssüf
ki, bu tapşırığı yerinə yetirə bilmədilər. Hər üç qol əks-hücumdan vuruldu”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: ““Kəpəz”in güclü
müqavimət göstərəcəyini bilirdik, komandanı buna hazırlamışdıq. Oyunu əks-hücumlardan
qurub üç qol vurduq. Artıq bu oyunu unudub “Qəbələ” ilə qarşıdakı oyunu düşünəcəyik.
Altılıq şansımız davam edir, “Qəbələ” ilə oyunda son dəqiqəyədək mübarizə
aparacağıq”.
|