Topaz Premyer Liqasının təsnifat mərhələsi başa çatmamış
daha bir komanda ilk “altılıq”da yerini təmin edib. Öz meydanında “Xəzər Lənkəran”ı
2:0 hesabı ilə məğlub edən “Qəbələ” 1-6-cı yerlər uğrunda mübarizə aparacağı rəsmiləşən
5-ci komanda oldu. Ramiz Məmmədovun yetirmələrinə qədər vəsiqəni təmin etmək
ardıcıllığı ilə “İnter”, “Simurq”, “Neftçi” və “Qarabağ” da buna nail olmuşdu.
Bütün oyunları eyni gündə - martın 3-də baş tutacaq XXII tur ərəfəsində yalnız
1 vəsiqə sahibini gözləyir. Buna ümidini itirən “Kəpəz”, “Turan” və “Rəvan”
istisna olmaqla 4 klub həmin yeganə vəsiqəyə iddia edir. Hərəsinin hesabında 27
xal olan “Bakı” və “Xəzər Lənkəran”la yanaşı 26 xalı olan AZAL da “altılıq”
iddiasındadır. Lakin 21 xalı olan “Sumqayıt” da nəzəri şanslarını qoruyur.
Sabah “Turan”ı qəbul edəcək Bernhard Raabın yetirmələri son turda “Xəzər Lənkəran”ın
qonağı olacaq. Hər 2 matçdakı qələbə müəyyən şərtlər daxilində onları
mükafatlar uğrunda mübarizədə saxlaya bilər. Lakin sumqayıtlılar möcüzəyə bel
bağlamalıdır. Çünki digər 3 komanda daha şanslıdır.
Son turda “Bakı” “Rəvan”ı, “Xəzər Lənkəran” “Sumqayıt”ı, AZAL “Qəbələ”ni qəbul
edir. Meydan sahibi kimi çıxış edəcək hər 3 komandanın, həmçinin “Turan”ı qəbul
etdikdən sonra Lənkərana yollanacaq “Sumqayıt”ın “altılıq” şansları fərqlidir.
“Bakı” - əsas favorit
Hazırda 6-cı olan “Bakı” “altılıq” mübarizəsinin favoritidir. Bojidar
Bandoviçin komandasının taleyi də öz əlindədir. Bakılılar qalib gələcəyi halda
digər matçların nəticəsindən asılı olmayaraq 6-cı olacaq. Çünki komandaya
yalnız “Xəzər Lənkəran” çata biləcək. Şəxsi oyunlarda isə 4 xal qazanan (1:1 və
2:0) bakılılar cənublulardan öndə olacaq.
“Bakı” heç-heçə ilə də “altılığ”a düşə bilər. Bunun üçün nə “Xəzər Lənkəran”
qalib gəlməlidir, nə də AZAL. Məğlubiyyət isə “Bakı”nı kənarda qoyacaq.
“Xəzər Lənkəran” “Rəvan”a ümid edir
“Xəzər Lənkəran” isə ilk növbədə “Rəvan”ın “Bakı”dan xal almasına ümid etməlidir.
Bu halda qələbə onlar üçün yetərli olacaq. “Sumqayıt” üzərində qələbə
qazanacağı halda “Bakı”nın istənilən xal itkisi “Xəzər Lənkəran”ı 6-cı edəcək.
Karles Bakesin də yetirmələri heç-heçə ilə istəyinə çata bilər. Bunun üçün
“Bakı” uduzmalı, AZAL qalib gəlməməlidir. Məğlubiyyət isə “Xəzər Lənkəran”a heç
bir variantda sərf etmir. Bu onların “altılıq” yolunu bağlayacaq.
AZAL qonaqlara ümidlidir
İlk 2 komandadan 1 xal geridə olan AZAL-ın şansları xeyli azdır. Onlar yalnız qələbə
qazanacağı halda “Bakı” və “Xəzər Lənkəran”ın xal itirməsinə ümid edəcək. Bu 2
komandadan hər hansı qalib gələcəyi halda isə AZAL 7-12-ci yerlər uğrunda
mübarizə aparmalı olacaq.
Heç-heçə və məğlubiyyət isə heç bir halda Vaqif Sadıqovun yetirmələri üçün məqbul
sayılmır. Çünki bu variantlarda onların “altılığ”a düşməsi mümkün deyil.
“Sumqayıt” möcüzə arzusunda
Bernhard Raabın yetirmələrinin “altılığ”a çıxması çox çətin görünür. Yalnız nəzərə
cəhətdən mümkün olan bu variant üçün 4 oyunun nəticəsi münasib olmalıdır. Sabah
“Turan”ı məğlub edəcəyi halda “Sumqayıt” son turda “Xəzər Lənkəran”ı üstələməlidir. Bu
halda “Bakı” da “Rəvan”a mütləq uduzmalıdır. AZAL uduzsa “Bakı”, “Xəzər Lənkəran” və “Sumqayıt”, heç-heçə etsə isə
bu 4 komandanın hamısı eyni nəticəyə - 27 xala malik olacaq. Belə bərabərlik isə
“Sumqayıt”a sərf edir. Çünki şəxsi oyunlarda onlar üstünlük qazanacaq. “Sumqayıt” Lənkəranda qalib gəlməklə əsas rəqibləri ilə şəxsi oyunlarda daha üstün
olacaq.
1
|
Bakı
|
1
|
2:0
1:2
|
1:1
0:1
|
2:0
1:1
|
6
|
2
|
2
|
2
|
7 – 5
|
+2
|
8
|
2
|
AZAL (Bakı)
|
2:1
0:2
|
2
|
1:1
2:2
|
0:2
2:1
|
6
|
2
|
2
|
2
|
7 – 9
|
–2
|
8
|
3
|
Sumqayıt
|
1:0
1:1
|
2:2
1:1
|
3
|
1:1
|
5
|
1
|
4
|
0
|
6 – 5
|
+1
|
7
|
|
4
|
Xəzər Lənkəran
|
1:1
0:2
|
1:2
2:0
|
|
4
|
5
|
1
|
2
|
2
|
5 - 6
|
–1
|
5
|
1:1
|
|