Topaz
Premyer Liqasının 21-ci turunun mərkəzi oyununda “Neftçi” “İnter”i 2-0 hesabı
ilə məğlub edərək turnir cədvəlində vahid liderliyi ələ keçirdi.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “”Neftçi” bizdən bir baş üstün oynadı,
qələbəyə layiq idi. Futbolçularım məni məyus etdi. Səhvlərimiz üzərində çalışmalıyıq,
oyunumuzu təhlil etməliyik. Belə bərbad oyun məni məyus edir. Bəzən 2-3
futbolçunun oyunu alınmır. Amma bu gün bütün komandamın oyunu alınmadı.
Fomenkonu da buna görə tez əvəz etdim”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Biz dedik və elədik. “Neftçi” bütün rəqiblərini
təkbətək döyəcək. Oyundan çox məşqi xatırladırdı. 90 dəqiqə ərzində “İnter”in
1-2 qol epizodu oldu. Turnir cədvəlində ədalət öz yerini tapdı. Altılıq
oyunlarında komandam özünün pik nöqtəsinə çatacaq. “İnter” çempionluğa oynayan
komandadı, bir az da olsa təzyiqini hiss etməliydik oyunda. Amma bunu görmədik.
Komandamda oyun intizamı yaxşı idi, rəqibə boş zona vermədik”.
|