Topaz
Premyer Liqasının 21-ci turunda “Qəbələ” doğma meydanda “Xəzər Lənkəran”ı 2-0
hesabı ilə məğlub edərək ilk altılıqda yerini təmin etdi.
Karles
Bakes, “Xəzər Lənkəran klubunun baş məşqçisi: “Gərgin oyun oldu. İlk dəqiqələrdə
qol buraxmağımıza baxmayaraq, tədricən oyunda üstünlüyü ələ aldıq. Bir neçə qol
imkanı yaratsaq da bunlardan istifadə edə bilmədik”.
Ramiz
Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Komanda verdiyim tapşırıqların hamısını yerinə yetirdi. Qələbəyə görə futbolçularıma minnətdaram. Hamını təbrik
edirəm. Bundan sonra qarşıdakı AZAL-la oyunu fikirləşəcəyik”.
|