Topaz
Premyer Liqasının 21-ci turunda “Simurq” doğma meydanda “Bakı” ilə qarşılaşdı.
Gərgin idman mübarizəsi şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı –
0:0.
George
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Çox çətin oyun idi. Hər iki
komandanın qol imkanları oldu. Komanda yaxşı oyun göstərdi, bir xal qazandıq”.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Oyun bizim üstünlüyümzlə keçdi. Bizim
üçün vacib oyun idi. Altılığa düşmək üçün az da olsa şansımız qalır. Komandamın
bu cür oyunu ilə razı deyiləm. Penalti epizodunda top qapıçının əlinə dəyibsə
qol hesaba alınmalı idi”.
|