Futbol
üzrə Azərbaycan I Divizionunda mübarizə aparan “Neftçala” klubu səkkiz futbolçu
ilə güclənib.
Komanda
qapıçı Davud Kərimi, müdafiəçilər Ramil Nuriyev, Elnur Hüseynov və Rəşad
Orucov, yarımmüdafiəçilər Hafiz Əliyev və Zahid Quliyev, hücumçular Yasin
Abbasov və Bəxtiyar Fəzaini heyətinə cəlb edib.
Qeyd
edək ki, “Neftçala” futbol üzrə Azərbaycan I Divizionun 14-cü turu çərçivəsində
bu həftə Qazaxda “Göyəzən” klubunun qonağı olacaq.
|