İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:Topaz Premyer Liqasının XX turunun “Qarabağ” – “Sumqayıt” matçının 32-ci dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğuna görə klub 1000 manat cərimə olunur (maddə 52). Topaz Premyer Liqasının XX turunun “İnter” – “Qəbələ” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40). Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Xəzər Lənkəran” – “Turan” oyunun 78-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 19 №-li futbolçusu Fuad İsmayılzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimı olunur (maddə 37.1).
|