![](uploads/45689fef.jpg) Konfrans Liqasında III təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Zirə” “Liv Bona Dea Arena”da “Osiyek”i (Xorvatiya) qəbul edib. Səfərdə 1:1 hesablı heç-heçə edən “qartallar” Bakıda 2:2 hesablı bərabərliyə razılaşıb. 120 dəqiqədə qalib müəyyənləşmədiyindən qarşılaşma penaltilər seriyasına qədər uzanıb. Bu seriyada rəqibinə 2:1 qalib gələn Rəşad Sadıqovun komandası tarixdə ilk dəfə Konfrans Liqasında pley-off mərhələsinə yüksəlib. Bu mərhələdə rəqib “Omoniya” (Kipr) olacaq.
Qeyd edək ki, turnirdəki digər təmsilçimiz “Sabah” ikinci oyunda da İrlandiya “Sent Patriks”inə minimal hesabla məğlub olaraq yarışla vidalaşıb.
|